General Karapetyan Xankəndində baş verən  atışmada ittiham olunur
13-05-2022, 17:17
7 340

General Karapetyan Xankəndində baş verən atışmada ittiham olunur

General Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzində atışmaya görə ittiham elan olunub.
 
Bu barədə qondarma qurumun "prokurorluğu" məlumat yayıb.
 
Atışma hadisəsi mayın 10-da "İntibah" meydanında baş verib. Bundan dərhal sonra general həbs edilib.
 
Karapetyanın etiraf etdiyini, həmçinin şahidlərin və zərərçəkmişlərin artıq dindirildiyini, istintaq hərəkətlərinin aparıldığını, yəni Karapetyanın istintaqa təsir edə bilməyəcəyini nəzərə alaraq, o, şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 269-cu maddəsinin 4-cü (silahla xuliqanlıq) və 245-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, saxlama və daşıma) ilə cinayət işi başlanıb.
 
Samvel Karapetyan 1992-94-cü illərdə Qarabağ müharibəsində azərbaycana qarşı cinayətlər törədib. O, uzun müddət seperatçı rejimin silahlılarına rəhbərlik edib. 

Oxşar xəbərlər