Əli Əliyev barəsində növbəti dəfə cinayət işi başlandı
13-05-2022, 17:48
7 399

Əli Əliyev barəsində növbəti dəfə cinayət işi başlandı

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barədə yenidən cinayət işi başlanıb.
Partiya sədri barəsində növbəti dəfə xüsusi ittiham qaydasında şikayət verilib.
Əli Əliyev bu dəfə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ittiham olunub.
Cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar baxılmaq üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşad Cavadzadənin icratına verilib. Hələlik iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib.

Oxşar xəbərlər