Şəhid atasının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA
16-05-2022, 11:27
1 520

Şəhid atasının döyülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Yevlax rayon sakini İlqar İsmayılovun döyülməsi ilə bağlı may ayının 14-də “102” – Zəng Mərkəzinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, müraciətlə əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İ.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Faktla bağlı Yevlax RPŞ-nin İstintaq Bölməsində müvafiq ekspertiza təyin olunaraq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, İlqar İsmayılov Vətən müharibəsi şəhidi İntiqam İsmayılovun atasıdır.

Oxşar xəbərlər