Ermənistan sülhə gəlməsə… - Deputat qarşı tərəfin təxribatlarından DANIŞDI
18-05-2022, 19:44
5 639

Ermənistan sülhə gəlməsə… - Deputat qarşı tərəfin təxribatlarından DANIŞDI

Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonunu yenə atəşə tutb. Hər kəs sülh sazişinin imzalanmasını gözləyərkən, Ermənistan tərəfinin təxribatlara əl atması hansı mənanı ifadə edir? Ümumiyyətlə, sülh sazişinin imzalanması niyə ləngiyir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov bildirib ki, əslində Ermənistan tərəfinin ordumuzu müxtəlif istiqamətlərdən atəşə tutması sülh prosesinə arxadan zərbədir: “Çünki Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi dəfələrlə qeyd edib ki, biz sülh sazişi imzalamağa hazırıq. Biz həmçinin mart ayının 11-də beş baza prinsipimizi irəli sürmüşük. Ermənistan Baş naziri Nikol Paşinyan bu beş prinsipi qəbul etdiyini bəyan edib və sonuncu dəfə 6 aprel Brüssel görüşündə də ifadə edib. Hətta özlərinin də altı bənddən ibarət yanaşmalarını ortaya qoyub.Yəni, bir yandan sülh prosesində irəliləyiş var, bir yandan hər iki dövlət sərhədlərinin müəyyən edilməsində komissiyalar formalaşdırılır, digər yandan da bu reallıq fonunda atəşkəsin pozulması halları baş verir. Görünür ki, bu addımın atılmasının bir neçə səbəbi var”.
Deputat bu təxribatlara əsas səbəb kimi Ermənistanda Paşinyan əleyhinə etiraz dağlasının mövcudluğunu  göstərib: “Belə olan halda, Paşinyan atəşkəsi tez-tez pozmaqla, daxili auditoriyanı sakitləşdirmək istəyir ki, yəni biz tam güzəştli mövqedə deyilik. İkinci versiya belə ola bilər ki, Paşinyan əleyhinə olan müxalif siyasi dairələrin ordunun daxilində öz generalları, zabitləri var. Onlar da imkan tapdıqca, Paşinyana qulaq asmayaraq, atəşkəsi pozmağa cəhd edirlər. Üçüncü versiya isə, Ermənistanın Rusiyada müəyyən ermənipərəst siyasi dairələr tərəfindən dəstlənməsi ola bilər”.
E.Nəsirovun sözlərinə görə, lakin bütövlükdə elə bir təbii proses var ki, onun qarşısını almaq mümkün deyil. Bu da ondan ibarətdir ki, Ermənistan sülhə gəlməsə, blokadadan çıxa bilməyəcək, onun çöküşü sürətlənəcək: “Bu əməkdaşlıq ən çox Ermənistana lazımdır”.

Oxşar xəbərlər