Azərbaycanda təcili tibbi yardım operatorunu ələ salanlarla bağlı DİN hərəkətə keçdi - VİDEO
19-05-2022, 13:18
1 179

Azərbaycanda təcili tibbi yardım operatorunu ələ salanlarla bağlı DİN hərəkətə keçdi - VİDEO

“Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır”. 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-nin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, bu, olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz:
“Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə tətbiq edilir”.
12:18
Azərbaycanda tərbiyəsizlik edən gəncləri sosial şəbəkə istifadəçiləri qınayıblar.
Görüntülər sosial şəbəkədə yayılıb.
Gənclər Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət ediblər.
Onlar: “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, - deyərək Xidmətin operatorunu ələ salıblar.
Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
Sözügedən görüntüləri təqdim edirik:


Oxşar xəbərlər