"Qadir İbrahimlinin vəziyyəti ağırdır" - TƏBİB-dən açıqlama
19-05-2022, 14:22
1 277

"Qadir İbrahimlinin vəziyyəti ağırdır" - TƏBİB-dən açıqlama

Jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.
***12:25
Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.
Bu barədə onun həmkarları məlumat verib.
Bildirilib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:
"Hazırda o, xəstəxanada müalicəsini davam etdirir".

Oxşar xəbərlər