Mərdan Camalovun qohumları dövlət qurumuna qarşı... - MƏHKƏMƏ
19-05-2022, 17:06
6 633

Mərdan Camalovun qohumları dövlət qurumuna qarşı... - MƏHKƏMƏ

Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı “Azərişıq” ASC-ni məhkəməyə verib. DİA.AZ xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət Mərkəz Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı elektrik enerjisinin ödənilməsi ilə bağlı tələb irəli sürüb.

İş hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: mətbuatda Hacı Camalxan Kəndli /Fermer/ Təsərrüfatı mərhum müdafiə sənayesi naziri Yavər Camalovun qohumlarına məxsu olduğu barədə məlumatlar yayılıb.

Xatırlatma: Sabiq nazir Yavər Camalov 2018-ci il iyunun 23-də vəfat edib.

DİA.AZ onu da xatırladır ki, Yavər Camalovun qardaşı Mərdan Camalov hal-hazırda Zərdab rayon İcra hakimiyyətinin başçısı postunu tutur.

Oxşar xəbərlər