Paşinyan KTMT-nin Ermənistana qoşun yeritməsini nə üçün istəyir? - Deputatdan AÇIQLAMA
20-05-2022, 10:40
1 379

Paşinyan KTMT-nin Ermənistana qoşun yeritməsini nə üçün istəyir? - Deputatdan AÇIQLAMA

“Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaranmasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. Tədbirdə Paşinyan KTMT-ni bir neçə istiqamət üzrə tənqid etdi. Tənqidinin əsas mahiyyəti 44 günlük müharibə dövründə bu hərbi-siyasi təşkilatın Ermənistanı lazımi səviyyədə müdafiə etməməsi, həmçinin KTMT üzvlərinin Azərbaycanı müharibə dövründə də, indi də silahllandırması və ona silah satması ilə bağlı idi. Bütün bunların isə hərbi-siyasi təşkilatın prinsiplərinə zidd olduğunu bildirir. Paşinyan bu davranışı ilə faktiki olaraq gələcəkdə KTMT-ni oxşar səhvləri etməməyə çağırdı”.
 
Bu sözləri deputat Elman Nəsirov Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı  Qazaxıstan ssenarisi təkrarlanacağı təqdirdə İrəvana qoşun yeridilməsi ilə bağlı KTMT üzvlərindən razılıq almağa çalışmasına münasibət bildirərkən deyib.

“Bu dəfə Paşinyan oxşar səhvlər deyəndə nəyi nəzərdə tuturdu? Bir sıra erməni nəşrlərində etibarlı mənbələrə istinadən belə iddialar var ki, Paşinyan Qazaxıstan ssenarisinin ölkəsində baş vermə ehtimalını nəzərdən keçirir. Qazaxıstandakı oxşar hadisələr Ermənistanda da baş verərsə, bu halda üzv olduğu KTMT-nin hərbi potensialından istifadə etmək məsələsini gündəmə gətirir. Hətta belə iddialar var ki, o, bunu müzakirə də edib, lakin KTMT-də əsas qüvvə olan Rusiyanın analoji addım atıb-atmayacağı sualına istədiyi cavabı hələ ala bilməyib. Hər halda Paşinyan özünü sığortalamağı çox istəyir. Ermənistanda hər gün 400-500 nəfər polis tərəfindən həbs olunur. 4 il bundan öncə, 2018-ci ildə Paşinyanın həyata keçirdiyi “məxməri inqilabın” Ermənistanda təkrar olması ssenariləri bu gün çox müzakirə olunan məsələlər sırasındadır. Eyni zamanda 44 günlük Vətən Müharibəsində biabırçı məğlubiyyətə düçar olan, ağ bayraq qaldıran, kapitulyant statusuna enən Paşinyan hakimiyyəti qoruyub saxladısa, eyni zamanda parlament seçkilərində qalib gəldisə, indiki vəziyyətdə onun məğlub olacağı ağlabatan deyil. Bu kimi mülahizələr də hazırda səslənməkdədir”, - E.Nəsirov qeyd edib.

Oxşar xəbərlər