“Mostbet” Mərc Oyunları Azərbaycan Gəncliyini “Narkotik” Kimi Məhv Edir – ARAŞDIRMA
22-05-2022, 16:14
6 950

“Mostbet” Mərc Oyunları Azərbaycan Gəncliyini “Narkotik” Kimi Məhv Edir – ARAŞDIRMA

Azərbaycan hüquq-mühafizə orqanları durmadan, gecə-gündüz narkomaniyaya qarşı mübarizə apardıqları, Azərbaycan gəncliyini pis vərdişlərdən uzaq tutmağa çalışdıqları bir dönəmdə, təəssüflər olsun ki, əsasən gənc nəsilin yaşam tərzin pozan oyunların şahidi oluruq, söhbət “Mostbet” kimi tanınan, gənc və digər yaş kategoriya insanlarını öz əsarətində saxlayan online qumar oyunundan gedir. “Mostbet” adlı şirkətin fəaliyyəti ilk baxışdan sadə görünsədə, ancaq çox incəliklə işləyən qumar şirkəti, fırıldaq mexanizmi üzərində qurulub. 
Sözü gedən qumar şirkətinin Azərbaycan ərazisində rəsmi qediyyatı olmadan fəaliyyət göstərir, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan qumar şirkəti kimi tanınan “Mostbet” mərc oyunları ölkəmizdə insanlara xeyirdən başqa, istənilən zərəri vurmaqla fəaliyyətini durmadan davam edir. 
Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan “Mostbet” bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə, külli miqdarda ölkəmizdə pullar qazanır. “Mosbet”in yaradıcıları Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdirlər və hazırda beynəlxalq axtarışdadırlar. 
Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən “Mostbet” kimi online qumar şirkəti, konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltdir. Maraqlıdır görəsən beynəlxalq axtarışda olan, bu dırnağ arası şirkətin Azərbaycanda belə rahat şekildə fəaliyyət göstərib, Azərbaycan gəncliyinin zəhərləməsinə və insanların evini, malını-mülkünü satıb bu qumar oyuna qoymaqda, səbəbkarlar hansı qüvvələrdir. 
Azərbaycanda çox izləyicisi olan hansı xəbər saytını açsan, bu qumarbazların reklamına rast gəlmək olar! Düzdür, bunun da arxasında hansısa iş baz, fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat “xoş gəldin” bonusu verirlər. Amma o bonusun 10 qat artığını almadan vermirlər. Yəni, 100 manat bonus almaq istəyən adam, 1000 manat yatırmalıdı.
 Xəbəral.az sözü gedən məsələ ilə bağlı bir neçə hüquq-mühafizə orqanlarına sorğu göndərdi və sorğumuza dərhal cavab olaraq bildirildi ki, yaxın zamanlar məsələ araşdırılaraq aidiyyatı üzrə sizə cavab veriləcək. Bu işlə məşgul olan aidiyyatı şəxslər və şirkətin fəaliyyətinin reklam olunmasında köməklik göstərək şəxslər də məsuliyyətə cəlb olunacaqları bildirildi.
Biz Azərbaycan dövlətinin keşiyində dayanan, xalqına daim təmənnasız xidmət göstərən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və digər dövlət qurumlarına böyük rəgbət bəsləyirik, inanırıq ki, qısa zaman, narkomaniyaya qarşı necə mübarizə aparırlarsa, əsasəndə gənc nəsili məhv edən “Mosbet” kimi qanunsuz mərc oyunlarını təşkil edənlərə qarşıda mübarizə apararaq, bu və bu kimi zərərli vərdişləri təbliğ edənləri tapıb, tez bir zamanda məsuliyyətə cəlb edəcəklər. 
Mövzuya qayıdacağıq
Xəbəral.az

Oxşar xəbərlər