Xızı RİH başçısı Xəzər Aslanov dövlət bayrağımızı RİH binasından niyə çıxartdırıb?VideoFAKT
23-05-2022, 10:45
1 104

Xızı RİH başçısı Xəzər Aslanov dövlət bayrağımızı RİH binasından niyə çıxartdırıb?VideoFAKT

  • Korrupsiya.az informasiya agentliyinin redaksiyasına Xızı RİH binasında dövlət bayrağımızın olmaması ilə, bağlı video görüntü  gəlib.
“Dövlət bayrağının istifadəsi qaydaları” haqqında Qanunda dövlət bayrağının qaldırılmalı olduğu yerlər göstərilib.
Dövlət bayrağı Prezident Sarayının və dövlət iqamətgahlarının üzərində, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Respublika Prokurorluğunun, Mərkəzi Bankın, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının yerləşdiyi binanın üzərində daimi qaldırılmalıdır.
Hətta bildirmək istəyirik ki, bayrağımız haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyildiyi kimi:
“Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiramın aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə
hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”
Maraqlısı odur ki, Xızı rayon İcra hakimiyyətinin başçışı Xəzər Aslanov ulu öndərin bu ifadəsini, və milli mənəvi dəyərimiz olan, bayraq sevdamızı,üstəlik olaraq dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunu unudub ?
İnanıq ki, bizim bu məqaləmizdən sonra dərhal Xızı RİH başçısı Xəzər Aslanov həssas mövzumuz olan bayraq məsələsi ilə bağlı problemi aradan qaldırılması ilə bağlı öz göstərişlərini verecək.
Xatırladaq ki, bir neçə gün öncə Xızı RİH başçısı Xəzər Aslanovun şəhid ailələrinə qarşı hörmətsiz aqressiv davranışı ilə, bağlı sosial şəbəkələrdə video görüntülər yayılmışdır.
Görüntülərdə diqqət çəkən məqamlardan biridə RİH başçısının iş başında olarkən, məmur geyimimə xas olmayan geyimdə olması geniş tənqidi müzakirəyə səbəb olmuşdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər