Öldüyü deyilən 41 yaşlı azərbaycanlı alim intihar edibmiş - YENİLƏNİB
23-05-2022, 12:24
1 297

Öldüyü deyilən 41 yaşlı azərbaycanlı alim intihar edibmiş - YENİLƏNİB

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərlinin intihar etdiyi üzə çıxıb.
Qafqazinfo-nun məlumatına görə, 41 yaşlı alim ötən gecə yaşadığı Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsindəki mənzildə dərman həbləri içərək həyatına son qoyub. 
Hadisə yerinə baxış keçirilərkən onun yanında 4 qutu boş antidepresant aşkar edilib. Məlum olub ki, Emil İsgəndərli qutulardakı dərmanların hamısını qəbul edərək intihar edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
***10:52
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.
İnstitutdan APA-ya verilən məlumata görə, alim dünən axşam saatlarında vəfat edib.
O, Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.

Oxşar xəbərlər