Xoşqədəmin məhkəməsinin vaxtı bilindi
24-05-2022, 13:10
1 202

Xoşqədəmin məhkəməsinin vaxtı bilindi

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının məhkəməsi mayın 26-sı, saat 15:30-da Nərimanov Rayon Məhkəməsində olacaq.
Yenisabah.az xəbər verir ki, məhkəmə hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, teleaparıcı xüsusi ittiham qaydasında məhkəməyə verilib. Onun barəsində Vəkillər Kollegiyasının üzvü Bəhruz Bayramov məhkəməyə müraciət edib.
Vəkil Xoşqədəm Hidayətqızını istintaq sirrini yaymaqda ittiham edərək, onun efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaydığını bildirib. 

Oxşar xəbərlər