Prezident ötən il Ehtiyat Fondundan dağılmış şəhərlərin bərpasına 49 milyon manat ayırıb
25-05-2022, 11:54
1 578

Prezident ötən il Ehtiyat Fondundan dağılmış şəhərlərin bərpasına 49 milyon manat ayırıb

“Ermənistanın təcavüzü nəticəsində dağıdılan şəhərlərimizin bərpası üçün keçən il Prezidentin Ehtiyat Fondundan 48,9 milyon manat ayrılıb”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün isə 12,2 milyon manat vəsait ayrılıb.

Oxşar xəbərlər