Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
25-05-2022, 15:28
7 361

Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun daha da möhkəmləndiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".

Oxşar xəbərlər