Rəşad Nəbiyev Bayraktarla görüşdü
25-05-2022, 17:41
7 025

Rəşad Nəbiyev Bayraktarla görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının keçiriləcəyi əraziyə baş çəkib.
Nazir əvvəlcə son hazırlıq işləri ilə maraqlanıb, tapşırıq və tövsiyyələrini verib.
Daha sonra o, ərazidə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktarla görüşüb.

Oxşar xəbərlər