“Bunlar bir daha onu göstərir ki, biz öz tarixi torpaqlarımıza  sahib çıxmışıq”- Elman Nəsirov
27-05-2022, 16:16
7 055

“Bunlar bir daha onu göstərir ki, biz öz tarixi torpaqlarımıza sahib çıxmışıq”- Elman Nəsirov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın  Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı  Olaylar.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, bu bir həqiqətdir ki,  işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması məsələsi, dövlətimizin qarşısında dayanan prioritet məsələdir.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı tarixi qələbə, zəfər heç şübhəsiz ki, bu reallığı təmin edir. Bu strateji vəzifəninin həyata keçirilməsi üçün ölkəmizin bütün resursları səfərbər edilib.  Artıq iki il ərzində 4.4 milyard manat vəsait ayrılıb. Siyasi iradə, insani resursları və iqtisadi potensial var.
"Eyni zamanda, bizim çox saylı xarici tərəfdaşlarımız mövcuddur. Xüsusilə qardaş Türkiyə dövləti başda olmaqla.  Bu istiqamətdə də ciddi işlər gedir. Əsasən də ölkə prezidenti cənab İlham Əliyevin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara intensiv səfərləri bir daha o reallığı təsdiq edir ki, azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması prosesi dinamik prosesidir.  O, çox sürətlə gedir və nəticələr də göz qarşısındadır.  Cənab Prezidentin və birinci xanımın may ayının 26-da  Cəbrayıl, Fizuli və Zəngilan rayonlarına səfərləri və bu səfərlər çərçivəsində bir çox mühüm obyektlərin əsasının qoyulması, onların gedişatı ilə tanışlıq bir daha deyilənləri təsdiqləyir. Cənab Prezidentin bu səfəri çərçivəsində də bərpa işləri ilə bağlı çox mühüm addımlar atılıb. Belə ki,  bizim üçün strateji əhəmiyyətli Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi olan Horadiz, Ağbənd dəmiryolunun artıq 60% hazırdır.  Bu istiqamətdə işlər gedir. Uzunluğu da 110,4 km-dir. Burada işlər ardıcıl, sistemli  şəkildə həyata keçirilməkdədir.  Burada Soltanlı stansiyasının təməli qoyulub. Nəzərə alsaq ki, Soltanlı kəndi uğrunda çox çətin döyüşlər getmişdi və Azərbaycan ordusu həmin kəndi ermənilərin böyük müqavimətinə baxmayaraq işgaldan azas etmişdi. Bu gün  artıq Soltanlı kəndində məlum Horadiz, Ağbənd dəmiryolunun çox mühüm stansiyalarından birinin əsası qoyuldu.  Eyni zamanda, Cənab Prezidentin səfəri çərçivəsində Horadiz, Cəbrayıl, Zəngilan istiqamətində Zəngilan və Ağbənd yaşayış məntəqələrini əhatə edən avtomobil yolundakı (125.6 km-lik)  işlərlə də Cənab Prezident tanış oldu.  Bu yol Zəngəzur dəhlizinin çox mühüm tərkib hissəsidir. Cənab Prezidentin bu səfərində Zəngilan beynəlxalq hava limanında gedən işlərlə tanışlıq baş verdi. Artıq ən yüksək səviyyədə işlər getməkdədir. Nəzərə alsaq ki,  8 ay ərzində bu çox rekord bir göstəricidir.   Bir neçə ay öncə Fizuli beynəlxalq hava limanı istifadəyə verilmişdi, indi isə ikinci  eyni tipli hava limanın işləri sürətlə getməkdədir.  Həm sərnişin daşıma,  həm də yük daşıma baxımından da bu hava limanın strateji əhəmiyyəti var.  Bu ilin payız mövsümünə qədər istisna deyildir ki, həmin hava limanında istifadəyə verilsin. O ki qaldı, Laçın beynəlxalq hava limanına,  onu isə 2024-cü ildə  istifadəyə verilməsi planlaşdırılır və Laçın ərazisində də işlər sürətli şəkildə həyata keçirilməkdədir.  Səfər çərçivəsində Cəbrayılda çox mühüm bir elektrik enerjisi sisteminin də əsası qoyuldu. Bu həmin regionunun istilik təminatının daha da gücləndirilməsi mənafeyinə xidmət göstərəcək. Bütün bu atılan addımlar onu göstərir ki,  bütün mümkün olanı Azərbaycan dövləti həyata keçirir. Paralel şəkildə minalardan təmizlənmə prosesi də gedir və təmizlənən ərazidə də artıq müvafiq infrastrukturun yaradılması istiqamətində addımlar atılır. Bunlar bir daha onu göstərir ki, biz öz tarixi torpaqlarımıza  sahib çıxmışıq, ermənilərin barbarlığı, vəhşiliyi nəticəsində yerlə yeksan edilmiş həmin ərazilərin çox sürətlə biz bərpa edəcəyik. Vurğulamaq istəyirəm ki, həmin erməni xislətinin, vəhşiliyini qırmaqla içərsində təbii ki, bizim dini abidələrimizdə xüsusi yer tutur və Zəngilandakı Məscidi ermənilər inək və donuzların saxlanma yerinə, tövləsinə çevirmişdilər. Bu təkcə Azərbaycanlılara qarşı həqarətli davranış deyil, bu bütün müsəlman dünyasına qarşı bir vəhşilikdir. Hazırda Heydər Əliyev fondunun təşkilatçılığı ilə Zəngilan məscidi yenidən tikilir, yenidən qurulur. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti öz tarixi irsinə də sahib çıxır və bütün ermənilərin məhv etdiyi məscidlərin hər biri tikiləcək, bərpa ediləcək, xalqımıza , millətimizə xidmət göstərəcəkdir. Ölkə Başçısı Cənab İlham Əliyev ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Cəbrayıl, Fizuli və Zəngilana 26- may tarixində səfəri bütün dünyaya onu sübut etdi ki, biz bütün torpaqlarımızı bərpa edəcəyik və  onu yenidən quracağıq. Bunun üçün hər cür imkanımız, potensialımız vardır"

Oxşar xəbərlər