Mühasibin yoldaşını bağban yazıb, pulunu mənimsəyirlər... - BƏS PALMA HANI?
27-05-2022, 18:31
6 688

Mühasibin yoldaşını bağban yazıb, pulunu mənimsəyirlər... - BƏS PALMA HANI?

Kəlbəcər rayonunun daha bir orta məktəbində özbaşnalıq baş alıb.

Kəlbəcər rayon 75 nömrəli ümumi orta məktəbdə qanunsuz olaraq Qaraşova Fəridə Mahsur qızı bağban kimi ştata götürülüb.

Halbuki bir təhsil ocağında bağban ştatı açmaq üçün məktəbin 1.5 ha sahəsi olmalı, 400-dən çox dekorativ ağac yetişdirilməlidir.

Qaraşova Fəridə Mahsur qızı bu ştat üzrə artıq uzun müddətdir çalışır.

Redaksiyamıza daxil olan məlumatda bildirilri ki, Qaraşova Fəridə Kəlbəcərli mühasib Qaraşov Mətləbin həyat yoldaşıdır.
Fəridə xanım zəhmət çəkib məktəbə təşrif buyurmur. Sadəcə adına ştat yazılır və maaş alır.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

AMİA.AZ

Oxşar xəbərlər