"Teknofest Azərbaycan"ın proqramına dəyişiklik edildi
28-05-2022, 10:03
1 326

"Teknofest Azərbaycan"ın proqramına dəyişiklik edildi

Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının bugünki proqramına dəyişiklik edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində möhtəşəm konsert proqramı keçiriləcək. Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq.
Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.
Bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.

Oxşar xəbərlər