Əfv edilənlər arasında dünya çempionu da var
28-05-2022, 19:33
18 493

Əfv edilənlər arasında dünya çempionu da var

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev bir qrup məhbusun əhv olunması ilə bağlı sərəncam imzalayıb.
Əfv olunanlar arasında peşəkar idmançı Orucov Urxan Əli oğlu da var.
Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 1989-cu il təvəllüdlü U. Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.
Xatırladaq ki, o, 2018-ci ilin yanvarında Buzovna qəsəbəsində maşınla adam vuraraq öldürdüyü üçün məhkum olunub. U. Orucov idarə etdiyi “BMW” markalı avtomobillə 31 yaşlı Səlim Zülfüqarovu vurub hadisə yerindən qaçıb. S. Zülfüqarov vəfat edib, U. Orucov isə saxlanılaraq həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 4 il 2 ay 16 gün müddətə azadlıqdan məhrum edilib.


Oxşar xəbərlər