"Səhnəyə qayıtmağı düşünmürəm" - Ağadadaş Ağayev
31-05-2022, 11:36
1 795

"Səhnəyə qayıtmağı düşünmürəm" - Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayev "Sözbaz" proqramına qonaq olub. 
Xərçəngdən əziyyət çəkən müğənni artıq sağaldığını bildirib. 
"Artıq xəstəliklə vidalaşdım. Amma 3-5 aydan bir müayinəyə gedirik".
Ağayevi veriliş hələlik səhnəyə qayıtmağı düşünmədiyini bildirib: 
"Tamaşaçılar üçün darıxmışam. 8-ə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə 2 ay zamana ehtiyacım var. Dinləyicilər zaman versin, qayıdacam".
Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub. 

Oxşar xəbərlər