Büdcəyə 60 milyon manat bərpa edildi
31-05-2022, 11:49
1 765

Büdcəyə 60 milyon manat bərpa edildi

Ötən il dövlət maliyyə nəzarəti tədbirləri və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60,8 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, hesabat ilində özəlləşmədən daxilolmalar ötən illə müqayisədə 83,4 % artıb.

Oxşar xəbərlər