Həcc ziyarətinin qiyməti niyə 1500 manat bahalaşıb? - Açıqlama
1-06-2022, 11:12
1 406

Həcc ziyarətinin qiyməti niyə 1500 manat bahalaşıb? - Açıqlama

Xəbər verdiyimiz kimi, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb və ziyarətin qiyməti bir nəfərə görə 5 min 350 ABŞ dolları (9095 manat) müəyyən olunub. Bu isə sonuncu Həcc ziyarəti qiymətindən 860 dollar (1462 manat) bahadır. Bəs görəsən bu bahalaşmanın səbəbi nədir?
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Vüsal Cahangirli Xəzər xəbər-ə açıqlama verib.
O bahalaşmanın səbəbini koronavirus oandemiyası ilə əlaqələndirib.
Daha ətraflı reportajda:
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən son iki ildə (2020-2021) Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. QMİ-dən verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1 min 500 nəfər müəyyən edilmişdi. Ziyarətin qiymətinin isə həmin il 4 min 490 ABŞ dolları (7633 manat) olacağı bildirilmişdi.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

Oxşar xəbərlər