Bu il 29 uşağa Xudayar adı verilib
1-06-2022, 20:41
9 452

Bu il 29 uşağa Xudayar adı verilib

Bu il Azərbaycanda Xudayar adı verilən uşaqların sayı açıqlanıb.
Cari ilin əvvəlindən bu günə qədər 29 uşağa Xudayar adı verilib.
Son illər ölkəmizdə Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 82 körpəyə Xudayar adı verilib. 
Qeyd edək ki, Xudayar adı Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

Oxşar xəbərlər