Bakıda tıxac olan yolların SİYAHISI
2-06-2022, 09:59
1 456

Bakıda tıxac olan yolların SİYAHISI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalının qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalının qarşısından 20 Yanvar dairəsinə qədər əsas və kənar yolda sıxlıq;
3. Binəqədi şosesində - mərkəz - "Azadlıq prospekti" metrostansiyası istiqamətində Biləcəri-"Baksol" yolu ilə kəsişməyədək sıxlıq;
4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;
6. Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq;
8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə qədər sıxlıq;9. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;
10. Heydər Əliyev prospektində - "Koroğlu" metrostansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda və Bağırov körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda;
11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;
12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən Heydər Əliyev prospekti istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq;
14. Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Mərkəzi Bankın qarşısına qədər;
15. 28 May küçəsi – R.Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;
16. Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər