“Yeni Həyat” MTK məhkəməyə verildi
2-06-2022, 11:02
1 956

“Yeni Həyat” MTK məhkəməyə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Yeni Həyat-L” Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət qurumu Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
 
Belə ki, İdarə vergi ödəmələri barədə tələb irəli sürüb.
 
İddia hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Oxşar xəbərlər