Sentyabrın 15-dən Ağalıda dərslər başlayır
3-06-2022, 18:05
7 071

Sentyabrın 15-dən Ağalıda dərslər başlayır

Xəbər verdiyimiz kimi, Zəngilanın Ağalı kənd orta məktəbinə direktor təyinatı olub.
Bu vəzifəyə təyinat alan Ağalı sakini Nərmin Həsənova ilk təəssüratlarını Modern.az-la bölüşüb
Direktor təyinatla bağlı xəbəri böyük təəccüb, sevinc və həyəcanla qarşıladığını bildirib:
“27 mayda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Zəngilanda görüşdük. O gün mənim üçün möhtəşəm bir gün idi. Ölkə rəhbərilə çay süfrəsi ətrafında səmimi görüş oldu. Prezident və Birinci xanım Mehriban Əliyeva Ağalı kənd orta məktəbinə direktor təyin olunduğum üçün məni təbrik etdilər. Ölkə başçısından, xanımından Qarabağımızda təbrik almaq böyük uğurdur. İnşallah mənə olan etimadı doğrultmaq üçün çalışacağam".
N.Həsənova bildirib ki, Ağalı kənd məktəbi növbəti tədris ilindən fəaliyyətə başlayacaq:
“Sentyabr ayının 15-dən Ağalıda dərslər başlayacaq. Yaxın zamanda da köç prosesinə başlanılacaq. Azərbaycanımız üçün, bizim üçün yeni dönəm başlayır. Hər kəs üçün uğurlu olsun".
Qeyd edək ki, Nərmin Həsənova bundan öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.
 
 

Oxşar xəbərlər