Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb
3-06-2022, 18:13
7 082

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

Norveçli diplomat bu barədə "Twitter"də bildirib.
"Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, - o qeyd edib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.
 

Oxşar xəbərlər