"Atəşgah Sığorta" yenə də narazılıq yaradır - "200 manata bu hərəkəti edənlər..."
4-06-2022, 10:09
1 656

"Atəşgah Sığorta" yenə də narazılıq yaradır - "200 manata bu hərəkəti edənlər..."

"Şikayətim "Ateshgah Insurance Group"dandır. Bir aydan uzun müddətdir ki, avtomobilimə dəymiş ziyanın demək olar ki yarısını qiymətləndirməsinə baxmayaraq 200 manat məbləğli ödəmirlər..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Cəlil Türksoy adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Səbəb yoxdur, hər şey qaydasındadır lakin, ödəmə 2 həftə öncə olunacağı deyilsədə hər yeni həftə, bu həftə ödəniləcək deyilərək vaxt uzadırlar(whatsapp danışıqları var).Qaynar xətləri konkret xidmət göstərmirlər nə zaman zəng etsəm aidiyyatı qurumu yönəldirik deyirlər.Mən belə başa düşürəm ki aidiyyəti qurum ümumiyyətlə yoxdu bu şirkətdə çünki bu vaxtlarda hələ bir nəfər zəng edib soruşmayıb ki şikayətin nədəndir.
Sizidə bu şirkətin xidmətlərindən istifadə etməyəyə dəvət edirəm.

Mən normal və düzgün xidmət aparan bir sğorta şirkəti kimi bilirdim bunları 200 manata bu hərəkəti edənlər yüksək məbləğ olsa şirkəti bağlayıb gedərlər düşünürəm ki..."

Oxşar xəbərlər