"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)
6-06-2022, 15:20
7 350

"General məni canımdan bezdirib" - Polkovnik (FOTO)

Ehtiyatda olan polkovnik, Vətən Müharibəsi iştirakçısı Rəşad Həsənov Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayevdən şikayətçidir. 
Bu barədə "Unikal"a danışan Rəşad Həsənov bildirib ki, evi yararsız vəziyyətdə olduğu üçün illərdir müraciət etməsinə baxmayaraq, hələ də şikayətinə baxılmır. 
Vətən Müharibəsində baş və kürək nahiyələrindən xəsarət aldığını bildirən polkovnik hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayır: "Evimin bərbad vəziyyəti ilə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına mütaciət etmişəm. Lakin heç bir tədbir görülmədi. Çox acınacaqlı vəziyyətdə yaşayıram".
O, mənzil problemi ilə bağlı şikayət etdiyi üçün hərbçilərə mənzil paylanan zaman onun qəsdən siyahıdan çıxarıldığını iddia edir: 
"2014-cü ildə 20 il xidmət müddətini bitdiyim üçün və polkovnik rütbəsində olduğuma görə 4 otaqlı mənzillə təmin olunmalı idim. Adımın mənzil siyahısında 864-cü olduğunu bildirdilər. 2021-ci il tarixində Yasamal yaşayış kompleksində mənzillər paylananda şikayət etdiyimə görə, mənə mənzil verilmədi. Lakin bununla bağlı fərmanın 3-cü bəndinə əsasən, çətin mənzil şəraitimə, döyüş bölgəsində uzun müddət xidmət etdiyimə və döyüşlərdə xəsarət aldığıma görə mənzillə təminatında məni nəzərə almalı idilər". 
R.Həsənov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev 4 iyun 2022-ci ildə 400 nəfərdən çox hərbi qulluqçunun mənzillə bağlı püşkatmasını təşkil etsə də onu yenə yaddan çıxarıblar: 
"Şikayətlərimə baxılmır deyə Müdafiə Nazirliyinin komissiyasının sədri general-mayor Rasim Babayev və Maliyyə Nazirliyinin Mənzil Komissiyasının katibi Etibar Kərimov məni sərt şəkildə öz qanunları ilə cəzalandırırlar.  Adlarını qeyd etdiyim insanlar qanunları öz istəklərinə uyğun olaraq icra etməklə, Vətən müharibəsində iştirak edən və xəsarət alan Azərbaycan Ordusunun polkovnikini çətin şəraitdə yaşamağa məhkum edərək canından bezdirirlər". 
  • "General məni canımdan bezdirib" - Polkovnik (FOTO)
  • "General məni canımdan bezdirib" - Polkovnik (FOTO)

Oxşar xəbərlər