Bu erməni qızı Beyrutdan gəlib  Kəlbəcərin kəndində müəllimlik edir...-FOTOLAR...
22-09-2020, 13:55
186

Bu erməni qızı Beyrutdan gəlib Kəlbəcərin kəndində müəllimlik edir...-FOTOLAR...

28-ci ildir işğal altında qalan Kəlbəcər rayonunun “Tsmaqahoğ” adlandırılmış Bazarkənd kəndində Livandan gəlmiş ermənilərdən birinin müəllimlik etdiyi bəlli olub.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Karin Şorcyan ad-soyadlı Livan əsilli axçi  “Teach For Armenia”(“Ermənistan üçün müəllim”) iki illik proqramı çərçivəsində Azərbaycan torpağında sülənən ermənilərin balalarına bədən tərbiyəsi dərsi keçir. 

“Artsax Livandan çox uzaqda olsa da, bura bizim vətənimizdir. Burada dəstəkləməli olduğumuz bacı və qardaşlarımız  yaşayır...”- deyə 21 yaşlı erməni qızı vurğulayır.

P.S. Deyir, ağıllı fikirləşincə dəli vurub çayı keçdi. Biz 30 il tarixi-hüquqi ərazimiz olan Qarabağa qayıtmaq yollarını fikirləşincə ermənilər artıq Livandan da torpaqlarımıza köçüb gəlirlər...

Sultan Laçın

Oxşar xəbərlər