"Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir" - Deputat
6-06-2022, 16:31
7 092

"Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir" - Deputat

Azərbaycan Respublikası Avropanın enerji təminatında yeni alternativ enerji mənbəyi rolunu oynayır. Belə ki, Aİ ölkələrinin illik qaza olan təlabatı təxminən 500 milyard kub metrdir və bu təlabatın ödənilməsində Azərbaycanın çəkisi artmaqdadır.
Mövzuyla bağlı Sonxeber.az-a Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov açıqlama verib.
O bildirib ki, Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev iyun ayının 1-də baş tutan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində də vurğulayıb ki, ölkəmiz Avropa bazarı üçün çox mühüm rol oynayan təchizatçı ölkədir və Avropanın artmaqda olan enerji təlabatının ödənilməsində geniş imkanlara malikdir. Ötən il Azərbaycan 24 milyard kub metr qaz ixrac edib ki, bunun da 8.2 milyard kub metri Aİ ölkələri üçün göndərilib. Bu il Avropa ölkələri üçün rəqəmin 9 milyarddan çox olması gözlənilir. Bütövlükdə isə 24 milyard kub metr qaz ixrac edilməsi planlaşdırılır.
Gələn ildən təkcə nəhəng Şahdəniz yatağından deyil, eləcə də bizim digər qaz yataqlarımızdan Avropa bazarlarına təbii qazın ixracı planlaşdırılır.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji siyasəti öz konkret nəticələrini verir. Bu siyasət heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib və enerji siyasətin əlində alət deyil. Biz şaxələnmə siyasətini həyata keçiririk".

Oxşar xəbərlər