Azərbaycanda yeniyetmə qızı ərə verirlər
7-06-2022, 10:44
1 951

Azərbaycanda yeniyetmə qızı ərə verirlər

Sabirabad rayonu Qəzli kəndində erkən nikaha cəhd müəyyən olunub.
Bu haqda Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
Məlumata görə, toy iyunun 8-də baş tutacaqdı. Qızın kimliyi, neçə yaşı olduğu hələki məlum deyil.
Əlavə məlumat üçün qeyd edək ki, bu sözügedən kənddə ikinci erkən nikaha cəhddir.

Oxşar xəbərlər