Çimərliyə gedənlərin nəzərinə! - Bu ərazilərdə bata bilərsiniz - ÜNVANLAR
7-06-2022, 11:16
2 466

Çimərliyə gedənlərin nəzərinə! - Bu ərazilərdə bata bilərsiniz - ÜNVANLAR

Xəzərin sualtı relyefinin dəyişilməsi ilə əlaqədar bəzi ərazilər təhlükəlidir. Bunu nəzərə alaraq vətəndaşlar çimərliklərə üz tutan zaman bəzi ərazilərdə çimərkən maksimum diqqətli olması tövsiyyə edilir.

Bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Aqşin Əlili İTV-yə danışıb. O bildirib ki, illərdir davam edən ərazilər var ki, axınların istiqaməti küləyin sürətindən asılı olaraq dəyişdiyi üçün həmin ərazilərdə təhlükələr yaranır:
"Şüvəlan qəsəbəsində Mil-Qaya adlanan ərazi, Nardaran qəsəbəsində 12-ci dalan adlanan ərazi və Novxanı qəsəbəsində Ləman çimərliyinin yaxınlığında təhlükəli ərazilər mövcuddur". 

Oxşar xəbərlər