Ermənistan ordusunun əsgəri fərarilik edib
22-09-2020, 14:37
161

Ermənistan ordusunun əsgəri fərarilik edib

Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin 105-ci əlahiddə atıcı alayının hərbi qulluqçusu xidmət şəraitinin dözülməzliyi səbəbindən hərbi hissəni özbaşına tərk edib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Kəlbəcərin Vəngli yaşayış məntəqəsində xidmət edən 1979-cu il təvəllüdlü, 2019-cu ildə müqaviləli hərbi xidmətə başlayan kiçik çavuş Aleksey Avanesyan hərbi hissədəki dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerindən qaçıb.

Fərarilik edən əsgərin tapılaraq geri qaytarılması üçün hərbi polisin və hüquq-mühafizə orqanlarının iştirakı ilə tədbirlər görülür.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Oxşar xəbərlər