Prezidentin “Ermənistan yeni hərbi təcavüzə hazırlaşır” bəyanatını təsdiqləyən fotofakt
22-09-2020, 14:44
265

Prezidentin “Ermənistan yeni hərbi təcavüzə hazırlaşır” bəyanatını təsdiqləyən fotofakt

Məlum olduğu kimi, prezident İlham Əliyev BMT Baş Assamblyeasının 75-ci sessiyasındakı çıxışında işğalçı Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirib.


Bakıtv.az xəbər verir ki, artıq düşmən mediası və sosial şəbəkələrində ali baş komandanın bu sözlərini təsdiq edən fotolar yer almaqdadır. Belə ki, erməni mənbələri son günlər Qarabağdakı erməni hərbi hissələrinə səyyar mətbəx və sanitar qovşaqlarının gətirildiyini vurğulayıb, bununla bağlı fotolar yerləşdiriblər. Dəmir konstruksiyadan vaqon formasında hazırlanan yeni səyyar məntəqələrin Qarabağa gətirilməsi üçün ianə kampaniyalarının davam etdirildiyi vurğulanır.


Xatırladaq ki, uzun illərdir ki, iqtsiadi-maliyyə baxımından acınacaqlı durumda olan Ermənistanda ordunun əksər ehtiyaclarını yarımçıq şəkildə, əsasən xaricdən yığılan ianələr hesabına ödənilir. İanələr hesabına, yarıac-yarıtox şəkildə ayaqda duran, fərarilik və “dedovşina” kimi hallardan əziyyət çəkən erməni ordusunun Azərbaycan ordusu qarşısında duruş gətirməsi isə sadəcə mümkünsüzdür.(Moderator.az)


Seymur ƏLİYEV

Oxşar xəbərlər