Bələdiyyə sədri özü-özünü BELƏ İFŞA ETDİ... - Belə də olurmuş...
8-06-2022, 11:10
1 260

Bələdiyyə sədri özü-özünü BELƏ İFŞA ETDİ... - Belə də olurmuş...

Beyləqan rayonunun Təzəkənd bələdiyyəsi sədrinin fəaliyyətindəki qanunsuzluqlar barədə məqaqlə RealMedia.az saytında gedən yazı ilə bağlı bələdiyyə sədri Fərhad Ağayev İmişli Regional Ədiliyyə İdarəsinə çağırılaraq izahatı alınıb. Fərhad Ağayev həmin izahatının bir nüsxəsini də redaksiyamıza göndərərək qarşı tərəf kimi söz haqqını tanımağımızı xahiş edib.

Xatırladaq ki, həmkəndlilərinin redaksiyaya müraciəti əsasında hazırlanmış məqalədə bələdiyyə sədri rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığı təmin etməməkdə, bələdiyyə büdcəsinə yığılan vəsaitin necə və hansı istiqamətdə xərclənməsi barədə kənd sakinlərinə və ictimaiyyətə hesabat verməməkdə, abadlıq-quruculuq işləri görmək əvəzinə gününü restoranlarda eyş-işrətdə keçirməkdə qınanırdı.

Biz də “Media haqqında” qanunun tələblərini rəhbər tutaraq qarşı tərəfin mövqe bildirmək haqqını tanıyırıq və həmin hesabatı təqdim edirik:

“Bildirirəm ki, 06.09.2018-ci il tarixli, 13 saylı iclas qərarı ilə Beyləqan rayonu Təzəkənd bələdiyyəsinə sədr seçilmişəm. Sədr işlədiyim müddətdə bələdiyyə əmlakından təyinatına uyğun istifadə olunmuşdur. Torpaq sahələri kənd sakinlərinə qanunamüvafiq qaydada icarəyə və ya mülkiyyətə verilmişdir. Kənd sakinləri bələdiyyə əmlakından istifadəyə görə icarə haqqını və torpaq vergisini bələdiyyənin poçt hesabına mədaxil etmişdir. Sakinlərdən nəğd şəkildə pul yığılmamışdır. Qeyd etmək istəyirəm ki, 2018-ci ilin son dörd ayında bələdiyyə büdcəsinə 7162 manat 0.73 qəpik pul vəsaiti mədaxil olmuşdur ki, ondan 124 manat 0.80 qəpik qəzetin abune haqqına, 573 manat 0.83 qəpik poşt xidmətinə, 63 manat bələdiyyə üçün əldə olunmuş komputer avadanlığına görə kredit borcu, 6366 manat pul əmək haqqı hesablanmışdır.

2019-cu ildə isə bələdiyyə büdcəsinə 29708 manat pul vəsaiti mədaxil olunmuşdur ki, həmin vəsaitin 9725 manatı əmək haqqına, 3678 manat 65 qəpik DSMF-na, 500 manatı audit xidmətinə, 55 manat 33 qəpik məşğulluq xidmətinə, 80 manat auksion mərkəzinə, 13215 manat yol təmirinə, 124 manat 80 qəpik abunə haqqına, 2 manat bank xidmətinə, 204 manat kadastr və yerquruluşu xidmətinə, 797 manat müavinət, 13 manat plastik kartlara, 165 manat assosiasiya, 144 manat 86 qəpik 8 saylı Vergi İdarəsinə, 988 manat 0.90 qəpik poçt xidmətinə köçürülmüşdür.

2020-ci il üçün: 25179 manat 09 qəpik pul mədaxil olmuşdur. Onun 12885 manatı əmək haqqına, 62 manat 40 qəpiyi abunə haqqı, 1000 manat audit xidmətinə, 180 manat assosiasiya, 899 manat 0.91 qəpik poçt xidmətinə, 6382 manat 41 qəpik DSMF-na, 72 manat plastik karta, 1200 manat müavinət, 779 manat 60 qəpik abadlıq işlərinə, 250 manat isə kompüter avadanlığına xərclənib.

2021-ci il üçün isə bələdiyyə büdcəsinə 22931 manat 58 qəpik pul vəsaiti yığılıb. Həmin vəsaitin 11797 manatı əmək haqqına, 4366 manat 43 qəpik DSMF-na, 187 manat 0.20 qəpik abunə xərci, 1102 manat kəndin abadlıq işlərinə, 4259 manat yol təmirinə, 305 manat assosiasiya, 100 manat müavinət, 230 manat icbari sığorta, 141 manat 0.78 qəpik məşğulluq xidməti, 823 manat isə poçt xidmətinə hesablanmışdır.

01.01.2022-ci ildən 01.06.2022-ci il tarixinədək bələdiyyə büdcəsinə 1430 manat pul yığılıb. Lakin 2021-ci ildən 1079 manat, 03 qəpik qalıq olmuşdur. Həmin vəsaitdən 790 manat torpaq vergisi, 640 manat isə icarə haqqından yığılmışdır. 1160 manat əmək haqqı, 75 manat assosiasiya, 358 manat 39 qəpik icbari sığorta haqqı, 88 manat 91 qəpik poçt xidmətinə, 626 manat 78 qəpik DSMF-na, 97 manat 95 qəpik məşğulluq xidmətinə, 8 manat isə auksion mərkəzinə məxaric edilmişdir”.

Əslində bələdiyyə sədrinin İmişli Regional Ədliyyə İdarəsinə verdiyi “hesabat” kənd sakinlərini qane etmir və onlar hesabatda yer alan rəqəmlərin yalnız kağız üzərində “şişirdilmiş” statistika olduğunu və reallığı əks etdirmədiyini qeyd edirlər. Məsələn, bələdiyyə sədri verdiyi izahatında qeyd edir ki, 2019-cu ildə bələdiyyənin büdcəsinə 29708 manat pul mədaxil olunub. Həmin pulun 13215 manatı kənd yollarının təmirinə xərclənib. Eləcə də bələdiyyə sədri 2020-ci ildə bələdiyyə büdcəsinə 25179 manat 09 qəpik pul vəsaitinin yığıldığını yazır. Həmin puldan da kəndin abadlıq işlərinə 779 manat 60 qəpik vəsait xərcləndiyini göstərir. 2021-ci ildə də eyniylə bələdiyyə büdcəsinə 22931 manat pul vəsaitinin yığıldığı, ondan 1102 manat vəsaitin abadlıq işlərinə sərf olunduğu, 4259 manat vəsaitin isə kənd yolunun təmirinə xərcləndiyini qeyd edir. Sakinlər iddia edirlər ki, kənddə abadlıq, yol çəkilişi işlərinə əsla hesabatda qeyd olunan qədər pul xərclənməyib. Hesabatda sözü gedən kompüter avadanlıqları isə yerində yoxdur. Sakinlərin fikrincə, yaxşı olar ki, qeyd olunan faktlar yerində araşdırılsın və sədrin hesabatına kor-koranə inanılmasın. Göstərsin, görək ki, bələdiyyə sədri hansı küçəyə yol çəkib. Ötən yazımızda qeyd etdiyimiz kimi, bələdiyyə sədri yalnız 2020-ci ildə bələdiyyənin hesabına bir küçəyə 6 yük maşını, bir şəhid ailəsi yaşayan məhəllədaxili yola 2 yük maşını çınqıl daşıtdırıb.

Həmçinin bələdiyyə sədri izahatında icarə haqqının və torpaq vergisinin yığılması barədə ona verilən suala cavab verərkən bildirir ki, icarə haqqı və torpaq vergisi yığımı çox aşağı səviyyədədir. Bu günə qədər də hər hansı bir tədbir görülməyib və bundan sonra aidiyyəti tədbirlər görüləcəyini qeyd edir. Nəticə: Bələdiyyə sədrinin hesabatı əslində onun qol qoyduğu qanunsuzluqların, idarəçilikdə səriştəsizliyinin, etimadı doğrultmamasının öz imzası ilə təsdiqidir. Yəni, hesabat açıqlanana qədər Fərhad Ağayevin nə qədər pulu mənimsədiyi bilinmirdisə, indi artıq həmin rəqəmlər məlumdur. Başqa nüanslar da var: Məsələn, aydın məsələdir ki, Fərhad Ağayevin özünün aldığı maaş, ona hesablanan sosial sığorta haqqı sübuta ehtiyacı olmayan xərc maddəsidir. Lakin sədr öz vəzifəsinin öhdəsindən gəlməyibsə, aldığı zəhmət haqqı da haramdır.
//RealMedia.az//


Oxşar xəbərlər