FHN “Al Market”i yenidən cərimələdi
8-06-2022, 14:16
1 251

FHN “Al Market”i yenidən cərimələdi

“Al Market” MMC-yə yenidən cərimə protokolu yazılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.
 
Daha sonra protokollar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
 
İddia hakim Mirheydər Zeynalovun icraatına verilib.
 
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Qeyd: FHN “Al Market” MMC barəsində daha əvvəl eyni xətai ilə cərimə protokolu yazmışdı.

Oxşar xəbərlər