Nəsir Əhmədli Tovuzda dəfn olundu - Fotolar
8-06-2022, 14:53
1 224

Nəsir Əhmədli Tovuzda dəfn olundu - Fotolar

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli Tovuzda dəfn olunub.
APA xəbər verir ki, Nəsir Əhmədli anadan olduğu Alakol kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, professor Nəsir Əhmədli ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. O, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müxtəlif illərdə V. Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.



Oxşar xəbərlər