Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker təyin edildi
8-06-2022, 15:30
6 972

Ağır Cinayətlər Məhkəməsinə yeni vitse-spiker təyin edildi

Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.
Report xəbər verir ki, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.
Əmrə əsasən, BACM-nin hakimi Telman Hüseynov vitse-spiker təyin olunub.
Qeyd edək ki, daha əvvəl bu vəzifədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışıb. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.
Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.

Oxşar xəbərlər