Bu rayonlarda qaz OLMAYACAQ
8-06-2022, 18:14
6 760

Bu rayonlarda qaz OLMAYACAQ

Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq. 
“Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, 9 iyun saat 09:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan  “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər