Balıq və süd xərçəngə səbəb olur - Şok iddia
9-06-2022, 19:47
8 867

Balıq və süd xərçəngə səbəb olur - Şok iddia

Mütəxəssislər həftədə iki dəfə balıq yeməyin dəri xərçəngi riskini artıra biləcəyini iddia ediblər.
Xarici mətbuat xəbər verir ki, bundan əlavə, fərqli bir araşdırmaya görə, çox inək südü içmək prostat xərçəngi riskini artıra bilər.
“Daily Mail”də çıxan xəbərə görə, ilk araşdırma üçün ABŞ-ın Braun Universitetinin tədqiqatçıları 1990-cı illərin ortalarında başladıqları araşdırmada 491.367 yetkin insanla bağlı məlumatları araşdırıblar.
İştirakçılardan əvvəlki il ərzində nə qədər qızardılmış və qızardılmamış balıq yedikləri soruşulub. Tədqiqatçılar daha sonra 15 il ərzində iştirakçılar arasında yeni melanoma (dəri xərçəngi) hallarını izləmək üçün xərçəng qeydlərindən alınan məlumatlardan istifadə ediblər.
 Araşdırmanı aparan komanda müəyyən edib ki, gündəlik balıq qəbulu 42,8 qram olan (həftədə təxminən 300 qrama bərabər) insanların dəri xərçənginə tutulma ehtimalı gündəlik 3,2 q balıq qəbul edənlərə nisbətən 22 faiz daha çoxdur.
ABŞ alimlərinin fikrincə, bunun səbəbi balıqlarda aşkar edilən  və xərçəngə səbəb olan toksik maddələr ola bilər. Lakin digər müstəqil ekspertlər qeyd ediblər ki, balıq hələ də sağlam pəhrizin mühüm hissəsini təşkil edir və onu yeməyi dayandırmağa ehtiyac yoxdur.
Bundan başqa, ABŞ-da aparılan başqa bir araşdırmada gündə təxminən iki stəkandan çox süd içən kişilərin prostat xərçənginə tutulma ehtimalının daha çox olduğu göstərilib.
Kaliforniyadakı Loma Linda Universitetinin tədqiqatçıları süddə təbii olaraq tapılan hormonların buna səbəb ola biləcəyini söyləyib. 

Oxşar xəbərlər