Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirdi - VİDEO
10-06-2022, 12:34
1 815

Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirdi - VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.
Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.


Oxşar xəbərlər