Bakıda "Formula 2" yarışı başladı
10-06-2022, 12:46
1 773

Bakıda "Formula 2" yarışı başladı

Azərbaycan Qran-prisinə start verilib.
Paytaxtımızda altıncı dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.
“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə altıncı mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.
Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə iki sərbəst yürüş də təşkil olunacaq.

Oxşar xəbərlər