"Aldığım telefonu ofisinizin önündə YANDIRACAM..." - "Baku Electronics"ə ETİRAZ
10-06-2022, 12:52
1 824

"Aldığım telefonu ofisinizin önündə YANDIRACAM..." - "Baku Electronics"ə ETİRAZ

"Dostlar, aldanmayın, bunlardan kimsə cihaz almasın". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rövşən Lətifov adlı istifadəçi digər vətəndaşlara xəbərdarlıq edir.


Daha sonra narazı vətəndaş yazır: "May ayının 12 si bunların şəki şöbəsindən ipone 11 almışam. Telefonda donmalar var idi , önəmsəmədim. Donmalar çoxaldı , kamera ilə danışıq apardığımda ön kameranın bərbat olduğunu , günəş ışığının pik sürətdə ekrana yansıdığını gördüm. Aldığımın 14 cü günü servisə yaxınlaşdım problemlərini bildirdim. 14 gün ərzində servislə əlaqə saxlaya bilmədim , bu gün özləri əlaqə saxladı və dedilər ki cihazınızı alın.


Yaxınlaşdım dedilər ki , proqram yazılıb donmayacaq , kamera dedim susdular. Gözlərinin önündə kameranın rəzil gündə olduğunu göstərirəm deyirlər ki normaldır. Dəfələrcə vatsapı sildim , yüklədim fəqət kamera görüntüsü eyni rəzil gündədir. Baş ofislərinə yaxınlaşdım , biri dedi ki şəki şöbəsinə yaxınlaş deyirəm bakıda yaşayıram diğəri deyir ki servisə yaxınlaş. Deyirəm servisdən gəlirəm deyirlər normaldı, şəkili göstərirəm deyirəm bu normaldır ? Deyirlər ki yox deyil servisə yaxınlaş. Bunlar topuğundan saç teninə qədər fırıldaqçı imişlər.
Mən səhv etdim bunlardan telefon aldım , onsuz kreditlə almışam ödəməyəcəm, siz eyni səhvi etməyin.
İpone 11-i baş ofislərinin önündə yandırım, ya özümü asım?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər