Cəlilabadda İZİ BELƏ İTİRİRLƏR... - İDDİA
13-06-2022, 10:43
1 484

Cəlilabadda İZİ BELƏ İTİRİRLƏR... - İDDİA

Azerinfo.az xəbər portalına daxil olan məlumata görə, 2022-ci ildə Masallı RMTM-də yeni direktorun təyin ilə əlaqədar təhvil-qəbul zaman Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 18 saylı dolayında yoxlamalar saxta keçirilib.
Belə ki, mənbənin bildirdiyinə görə, sözügedən dolayda xırda və orta diametrli 1000-dən çox azad, dəmir ağac və palıd cinsindən olan ağac kəsilib, iridiametirli ağaclar isə izi itirmək üçün yandırılıb və bəzilərinin üzərlərinə yaş palçıq çəkilib.



Sözügedən ağacların heç birinin üzərində damğa yoxdur.
Mənbə bildirir ki, belə söz-söhbət gəzir ki, guya sözügedən dolayın gözətçisi Orxan Abasov ərazisində ki, qırıntıları gizlətmək üçün 1000 manat rüşvət verib.

Yoxlamalar ona bildirib ki, sənin ərazində 20 000 manatdan çox dövlətə dəymiş ziyan var və üstəlik sənətlər korrupsiya da gedəcək və özündə işdən azadsan , odur ki, gör bu başdan neynirsən. Nəhayət Orxan onlarla razılaşıb və sözügedən qırıntılar ört-basdır edilib.
Mənbə bildirir ki, Göytəpə və Cəlilabad meşəbəyliklərin digər dolaylarında vəziyyət bundan da acınacaqlıdır. Yəni , oralarda da eyni bura kimi yoxlamalar saxta keçib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Oxşar xəbərlər