Sabahdan bu marşrut xətti kartla ödənişə keçir
13-06-2022, 16:21
7 287

Sabahdan bu marşrut xətti kartla ödənişə keçir

Sabahdan (14 iyun) “Bus Trans” MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. – “Elmlər Akademiyası” m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Oxşar xəbərlər