"Cənub" Konserv Zavodu adından fırıldaq... - GİLEY
23-09-2020, 10:48
303

"Cənub" Konserv Zavodu adından fırıldaq... - GİLEY

 "Şikayətim Cənub konserv zavodundandır. Zərəçəkmiş yaxınımdır. Saytlara müxtəlif vakansiyalı iş elanları yerləşdiriblər". DİA.AZ bildirir ki, bu barədə Zərifə Zərgərli adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

"Cənub" Konserv Zavodu adından fırıldaq...

Daha sonra narazı vətəndaş yazır: "Müraciət etdikdə "cv" istəyiblər, daha sonra ""cv"-lər arasından seçildiniz, əmək müqaviləsinə əsasən 45 azn rusum ödəməyiniz lazımdır" deyiblər.

Ödənişin qəbzini WhatsApp nömrəsinə atdıqdan sonra onlardan "ilk iş günü - 21 sentyabr tarixində işə başlacaqsınız, vaxtı gözləyin, əlaqə saxlayacağıq" cavabı gəlib. İndi isə nə dedikləri Zakir müəllimə zəng çatır, nə də WhatsAppa cavab verirlər. Nə etməliyik?"

Qarşı tərəfi də dinləməyə hazırıq...

Oxşar xəbərlər