Məzun olan şəhid övladları - FOTOLAR
14-06-2022, 11:29
1 424

Məzun olan şəhid övladları - FOTOLAR

Bu gün məzun olanlar arasında şəhid övladları da var.
Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Belə ki, Vətən müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədli, baş leytenant Mətləb Cəfərovun oğlu Hüseyn Cəfərov, baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov məzun olur.
Bundan başqa torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan polkovnik-leytenant Nail Orucovun oğlu Ruslan Orucov, gizir Rahim Tağıyevin oğlu Nihad Tağızadə, baş leytenant Hikmət Səfərovun oğlu Anar Səfərov da məktəbi bitirib.
  • Məzun olan şəhid övladları - FOTOLAR

Oxşar xəbərlər