“Lotu Quli”nin adamları Sibirdə ələ keçdi - Onlara başçılılğı mərhum avtoritetin qardaşı edirmiş...
14-06-2022, 15:13
7 342

“Lotu Quli”nin adamları Sibirdə ələ keçdi - Onlara başçılılğı mərhum avtoritetin qardaşı edirmiş...

Rusiyanın Surqut şəhərində azərbaycanlılardan ibarət cinayətkar dəstə ələ keçib. 
Gundem.az-ın məlumatına görə, kriminal dəstə  quldurluq, hədələyərək pul tələb etməkdə ittiham olunur.
Məlumata görə, onlar 2020-ci ilin payızından şəhərdə fəaliyyət göstərən kommersiya qurumlarına haqq qoyaraq pul tələb ediblər.
Yerli “Novıy Den” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, onlar “Lotu Quli”nin qardaşı və varisi sayılan Namik Bakinskinin nəzarətində olub, onun əmrlərini yerinə yetiriblər.
Dəstə üzvləri  barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Oxşar xəbərlər