İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
- Salam, ilk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız.
Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.
Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.
Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir.
Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.
Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.
Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar və bu, təbiidir. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq.
Siz öz qələbənizlə göstərirsiniz ki, əgər iradə və peşəkarlıq varsa, Vətən sevgisi varsa hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən də daxil olmaqla, Azərbaycanda heç kim bu qələbəni gözləmirdi və bu qələbənin ikiqat sevinci məhz bununla bağlıdır. Yəni, bu, göstərir ki, mümkündür, ən güclü rəqibləri məğlub etmək mümkündür - əgər komanda ruhu varsa, yenə də deyirəm, peşəkarlıq, vətənpərvərlik varsa.
Bilirəm ki, bir çoxlarınız ayrı-ayrı işlərlə məşğulsunuz, sözün əsl mənasında, həvəskar idmançılarsınız və əgər belə demək mümkündürsə, minifutbol sizin üçün bir hobbidir. Sizin qarşınızda Avropanın ən güclü komandaları vardı. Əminəm ki, o komandaların maliyyə təminatı, dəstəyi və digər üstünlükləri sizinkindən qat-qat artıq idi. Amma buna baxmayaraq, qələbə qazanmısınız, hamımızı sevindirmisiniz və öz adlarınızı Azərbaycanın idman tarixinə yazdırmısınız.
Mən sizi bir daha təbrik edirəm və yeni uğurlar arzulayıram. Əlbəttə ki, bu uğuru təkrarlamaq çox çətin olacaq. Amma əminəm ki, komandamızın perspektivləri də çox gözəldir. Əminəm, bu qələbədən sonra gənc nəsil - uşaqlar, yeniyetmələr bu idman növünü seçəcəklər ki, sizin kimi Avropa çempionu olsunlar.
Bir daha təbrik edirəm, sizə yeni qələbələr arzulayıram və təşəkkürümü bildirirəm ki, Azərbaycan xalqını bu gözəl qələbə ilə sevindirmisiniz.
Cəmiyyət
14-06-2022, 17:00
7 271
Prezident Avropa çempionu olan komandamızı qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
Oxşar xəbərlər
Son Xəbərlər
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
-
15:25
Türkiyə ordusunun İraqın və Suriyanın şimalında öldürdüyü terrorçuların sayı 23-ə çatıb - YENİLƏNİB
-
15:21
Yardımlıda 10 otaqlı ev yanıb
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay